“Neftçi”nin bacarmadığını əvəzediciləri etdi
26.01.2012 - 09:27
"Neftçi"nin əvəzediciləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri ilk yoxlama matçını keçirib.
Baş məşqçi Elşad Əhmədovun rəhbərlik etdiyi komanda Moskva "Dinamo"sunun əvəzediciləri ilə qarşılaşıb. Görüş 1:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Yeganə qolu matçın 75-ci dəqiqəsində Emin Mehtiyev vurub.
Yanvarın 19-dan hazırlıq prosesində olan "Neftçi" yanvarın 28-də Rumıniyanın U-21 yığması, fevralın 2-də isə Almaniyanın 3-cü Bundesliqa klublarından biri ilə qarşılaşacaq.
Qeyd edək ki, əvəzedici heyətdən fərqli “Neftçi”nin əsas komandası Türkiyədəki 3 yoxlama matçında qələbə qqazana bilməyib.

0
0