Qitə çempionatında daha bir sensasiya
26.01.2012 - 09:50
Qitə çempionatında daha bir sensasiya
Afrika Millətlər Kubokunda 2-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, “qara qitə”nin daha bir favoriti titul uğrunda mübarizə apara bilməyəcəyi dəqiqləşib. Belə ki, 2002-ci ildə dünya çempionatının final mərhələsinin ¼ final mərhələsinə kimi irəliləyən Seneqal yığması hazırkı yarışda ardıcıl 2-ci məğlubiyyətini alaraq, qrupda qalıb. Əvəzində turnirin təşkilatçılarından biri olan Ekvatorial yığması ardıcıl 2-ci qələbəsini qazanaraq, qrupda vahid liderdir və ¼ finala vəsiqəni artıq rəsmiləşdirib. Bununla da final mərhələsinin ilk sensasiyaları reallaşıb. 2-ci yeri təşkilatçıların ən yaxın izləyicisi Zambiyanın tutmaq şansı daha çoxdur. Bunun üçün ona son turda liderlə matçda 1 xal da bəsdir.

A qrupu
Liviya – Zambiya – 2:2
Qollar^ Saad, 5, 48 – Mayuka, 29, Katonqo, 58

Ekvatorial Qvineya – Seneqal – 2:1
Qollar: Rendi, 62, Kili, 90+4 – Sou, 90

Ekvatorial Qvineya – 6, Zambiya – 4, Liviya – 1, Seneqal - 0