“Neftçi” qrupda qaldı - YENİLƏNİB
01.02.2012 - 18:51
“Neftçi” qrupda qaldı - YENİLƏNİB
Bu gün Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə üçüncü turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda çıxış edən Azərbaycan təmsilçisi “Neftçi” son matçında Özbəkistanın “Paxtakor” komandası ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 17:00-da start götürən matçda “ağ-qaralar” qələbə qazansalar da, finala yüksələ bilməyiblər. Belə ki, B qrupunda mübarizə aparan paytaxt təmsilçisinin 1-ci yeri tutaraq, həlledici mərhələyə çıxması təkcə özündən asılı olmayıb. Bu turadək bütün komandalar eyni sayda xal topladığından “Neftçi”nin 3:0 hesablı qələbəsi qalib olmağa kifayət etməyib. Çünki “Metallist” də “Poloniya”nı məğlub edərək, təmsilçimizi arxada qoyub. Onlar şəxsi oyundakı qələbə və top fərqində Böyükağa Hacıyevin yetirmələrindən üstün olublar.

“NEFTÇİ” – “PAXTAKOR” - 3:0
Rəşad Abdullayev, 3, Bahodir Nasimov,45,68
“METALLİST” – “POLONİYA” - 4:0
Tayson, 29, Kleyton, 34 (pen), Deviç, 65,77

Qeyd edək ki, turnirdəki ilk qarşılaşmasında Ukraynanın “Metallist” klubuna 1:3 hesabı ilə uduzan “Neftçi” daha sonra eyni hesabla Polşanın “Poloniya” komandasına qalib gəlib.