Əfran İsmayılov komandasına qayıtdı
02.02.2012 - 10:09
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun klubun düşərgəsinə qayıdıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin İstanbul şəhərinə - müayinəyə gedən 23 yaşlı futbolçu artıq komandasının toplanış keçdiyi Antalyaya dönüb. İsmayılov klub saytına açıqlamasında durumunu açıqlayıb: “Əslində elə bir ciddi durum yox idi. Şükürlər olsun ki, zədəylə bağlı problemim yoxdur. Müalicə daha çox qüvvətləndirici xarakterli idi. Əməliyyat olunan sağ dizimdə xüsusi gücləndirici proqram tətbiq olundu. Çox faydalı olduğuna inanıram. İnşallah, komandamızın məşqlərinə qatılıb çalışmalarda iştirak etməyimdə heç bir problem yoxdur. Baş məşqçimiz şans verəcəyi təqdirdə “VİT-Corciya” ilə hazırlıq matçında meydana çıxa bilərəm”.
0
0