“Bakı” uduza-uduza gedir
02.02.2012 - 10:15
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Bakı” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Aleksandr Starkovun yetirmələri Belarusun “Dinamo” klubu ilə qarşılaşıb. Minsk təmsilçisi bu görüşdə 3:2 hesablı qələbə qazanıb. Bu bakılıların Antalyada keçirdiyi 5-ci yoxlama matçında 5-ci məğlubiyyətidir. Türkiyədə uduza-uduza gedən bakılılar bunadək “Alkmaar”a (Hollandiya) 1:5, “İnqolştad”a (Almaniya) 0:4, “Panduri”yə (Rumıniya) 0:1, “Arsenal”a (Ukrayna) 1:2 uduzmuşdu.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0