Qar kabusu “Xəzər Lənkəran”ın planlarını poza bilər
03.02.2012 - 00:01
Yanvarın 16-dan Antalyada olan “Xəzər Lənkəran” hazırlıqlarını başa vurur. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi bu gün sonuncu – 5-ci yoldaşlıq görüşündən sonra Vətənə üz tutacaq.
Bununla belə, “ağ-yaşıllar”ın Bakıya qayıdışı ertələnə bilər.
Buna səbəb son vaxtlar hökm sürən əlverişsiz hava şəraitidir. Yağan güclü qardan sonra həm Bakı aeroportunun iflic vəziyyətə düşməsi, həm də İstanbul “Atatürk” Hava Limanında bir çox aviareyslərin təxirə salınması ucbatından “Xəzər Lənkəran”ın da mənzil başına gec çatacağı istisna deyil.

0
0