Onlar Azərbaycana qarşı da oynayacaqlar
20.02.2012 - 15:38
Onlar Azərbaycana qarşı da oynayacaqlar
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Şimali İrlandiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Maykl O’Nil Norveçlə keçirəcək yoldaşlıq oyununda güvənəcəyi futbolçuları müəyyənləşdirib.

İngiltərəli mütəxəssis fevralın 29-da Belfast şəhərindəki “Vindsor Park” stadionunda baş tutacaq oyuna 24 futbolçu dəvət edib.

Qapıçılar: Li Kamp, Alan Mannus, Mikael Makqovern.

Müdafiəçilər: Con Evans, Qaret Makauley, Mikael Daff, Rayan Makqivern, Aaron Huges, Li Hodson, Kreyq Kathart.

Yarımmüdafiəçilər: Steven Deyvis, Dean Şils, Semmi Klinqan, Qrant Makkan, Korri Evans, Şeyn Ferqyuson.

Hücumçular: Devid Hili, Varen Feeney, Joş Makquild, Martin Paterson, Ceym Vard, Nill Makqin, Pat Makkurt, Joş Karson.