“Bakı” və “Qəbələ”nin “altılığ”a düşməsi necə rəsmiləşə bilər?
21.02.2012 - 00:02
Azərbaycan Premyer Liqasında ilk “altılığ”ın qalan 2 iştirakçısının adına bu gün aydınlıq gələ bilər. Apasport.az saytının məlumatına görə, bu yöndə “Simurq”la səfər matçında vacib qələbə qazanmaqla, ilk addımını atan “Bakı” rəqiblərinin oyunlarının nəticəsini gözləyəcək.
Söhbət 7 və 8-ci pillələrdə yer alan “Rəvan”la AZAL-ın matçlarından gedir. Debütant səfərdə “Neftçi”yə uduzarsa, “təyyarəçilər” isə evdə “Turan”la oyunda xal itirərsə, hazırda 5-ci pillədə olan “zolaqlılar”ın “altılığ”a düşməsi rəsmiləşəcək.
Eyni sözləri “Qəbələ”yə də aid etməliyik. Yəni, bu komanda ilk növbədə evdə “Xəzər Lənkəran”a qalib gəlib, ən yaxın izləyicilərinin büdrəməyini gözləməlidir. Bu, reallaşarsa, milli komandamızın oyunları ilə Premyer Liqada yaranacaq 11 günlük fasilədən sonrakı 2 tur formallığa çevriləcək.
Qeyd edək ki, turnir cədvəlində ilk 4 pillədə gedən “İnter”, “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” mükafatlar uğrunda aparacağını artıq rəsmiləşdirib.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0