AFFA-ya rəsmən təqdim olunan sertifikat – FOTO
23.02.2012 - 14:27
AFFA və FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin (YTK) Könüllülük Proqramının təbliğatı ilə yanaşı, Avropa Könüllülük Xidməti (European Voluntary Service) sahəsindəki məhsuldar əməkdaşlıq da davam etməkdədir. Apasport.az saytının məlumatına görə, avropalı gənclərə Azərbaycanda keçiriləcək dünya çempionatında könüllü kimi iştirak üçün geniş imkanlar yaradan bu proqramın hazırlıq mərhələsində bir sıra işlər həyata keçirilir. Artıq Avropa Komissiyası tərəfindən təşkilatın EVS sertifikatı rəsmən AFFA-ya təqdim olunub. Bununla yanaşı, EVS proqramı çərçivəsində layihə reallaşdırmaq üçün akkreditasiya alan bütün Avropa təşkilatlarının məlumat bazasında (http://ec.europa.eu/youth/evs/aod/hei_en.cfm) hər bir təşkilat kimi AFFA və YTK barəsində də ətraflı məlumat yerləşdirilib.
Bu günə kimi Şərq Tərəfdaşlığı ölkələrindən akkreditasiya olunmuş 117 təşkilatdan yalnız AFFA-ya eyni vaxtda 60 gənci könüllü kimi fəaliyyətə cəlb etmək hüququ verilib. Yaranmış geniş imkanlardan yararlanaraq yerli və xarici gənclərə beynəlxalq imkanların yaradılması istiqamətində AFFA və YTK öz fəaliyyətini davam etdirməkdədir.
Mənbə: affa.az

0
0