Böyükağa Hacıyev: Onsuz da o heç nədən razı qalmır
24.03.2012 - 18:08
“Gərgin oyun oldu. Penalti epizoduna qədər komandam 1:0 hesabı ilə irəlidə idi. Lakin fasilədən sonra isə hesab bərabərləşdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
O Premyer Liqanın XXV turunda “Xəzər Lənkəran”la matça münasibət bildirib: “Neftçi” hansı oyunda penaltini qola çevirə bilmirsə, həmin görüşdə komanda ya uduzur, ya da heç-heçə edir. Bununla belə, komandanın oyunu pis alınmadı. Rəşad Abdullayevin əvəzlənərkən etiraz etməsinə gəldikdə isə onsuz da o heç nədən razı qalmır. Abdullayev 70 dəqiqə meydanda olsa da, heç nə ilə yadda qalmadı. Ona görə də onu əvəzlədim. Komandada heç bir futbolçunun daimi yeri yoxdu. Qol epizodunda Stamenkoviçin səhv etdiyinə görə, yəqin ki, növbəti oyunda qapıda Rauf Mehdiyevə şans verəcəyəm”.
Qeyd edək ki, Flavinyonun penaltini vura bilmədiyi oyunda “Neftçi” “Xəzər Lənkəran”la heç-heçə edib – 1:1.

0
0