Vaqif Sadıqov: Komandam “Rəvan” sindromunu qırmağa çalışırdı
14.04.2012 - 18:37
Vaqif Sadıqov: Komandam “Rəvan” sindromunu qırmağa çalışırdı
“Doğradan da maraqlı oyun oldu. Hər iki komandada qələbə əzmi var idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Komandaya yaxında çalışdırıcı təyin olunan təcrübəli mütəxəssis Premyer Liqanın XXVIII turunda bu gün evdə “Rəvan”la 1:1 hesablı bərabərliyə qalaraq, yenə ilk qələbəsini qazana bilmədi.

Sadıqov 4-5 oyunçunu əvəzedici heyətdən cəlb etdiklərini bildirib: “Sona qədər mübarizə apardıq. Artıq ikinci oyundur ki, hesabda geridə olduqdan sonra bərabərlik qolunu vura bilirik. Komandam “Rəvan” sindromunu qırmağa çalışırdı. Bu, bizim “Rəvan”la ilk heç-heçəmiz idi. Futbolçularım oyunda tapşırıqları yerinə yetirə bildilər. Yalnız bu cür uğur qazanmaq olar. Gələn çempionatda hər iki komandanın ilk altılıq uğrunda mübarizə aparacağına inanıram”.

Qeyd edək ki, AZAL bunadək “Rəvan”la keçirdiyi hər 3 oyunda uduzmuşdu.