“Xəzər Lənkəran”dan silinən 6 xal bizə heç nə vermədi” - MÜSAHİBƏ
16.04.2012 - 14:34
“Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifovun apasport.az saytına müsahibəsi
- Hesabat turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzduğunuz oyun barədə nə deyə bilərsiniz?
- Deməzdim ki, bizim üçün çətin qarşılaşma oldu. Komanda yaxşı oynadı. Amma nəticə ürəkaçan olmadı. Qol epizodlarımız çox idi. Di gəl, heç birindən istifadə edə bilmədik. Rəqibin isə yalnız bir şans oldu ki, bundan da maksimum yararlandı.
- Son turlar komandanızın məhsuldarlığı aşağıdır. Bunun səbəbini nə ilə izah edirsiz?
- Nə bilim? Belə şeylər olur. Hər bir futbolçu qol vurmaq istəyir. Çalışır ki, komandası 3 xal qazansın. Ancaq alınmayanda, alınmır.
- “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsindən sonra “Qarabağ” turnir cədvəlində ikinci pilləyə yüksəlib, liderin ən yaxın izləyicisi oldu. Amma zirvədə qərarlaşan “Neftçi”ni təqib edə bilmədiz...
- Udsaydıq, lap yaxşı olardı. “Qarabağ” pis futbol oynamır. Ancaq tarixdə nəticə qalır. Sabah heç kim deməyəcək ki, “Qəbələ” ilə görüşdə “Qarabağ” daha yaxşı oynadı. Çünki nəticəyə diqqət yetirəcəklər. Üstəlik, uduzmaqla xal fərqinin artmasına mane ola bilmədik.
- FİFA-nın bu sərt tələbinin “Qarabağ”ın işinə yaradığını söyləmək olarmı?
- Düzdü, turnir cədvəlində bir pillə irəlilədik. Amma “Xəzər Lənkəran”dan silinən 6 xal bizə heç nə vermədi. İkinci pillə ilə üçüncü yer arasında elə də ciddi fərq görmürəm. Fərq var, ikinci pillə daha yaxşıdır. Ancaq bizə çempion olmaq lazım idi. Yenə də Avropa Liqasına yollanmalı olacağıq. Qabaqda 4 tur var. Kimin neçənci yeri tutacağını indidən demək mümkün deyil.
- Çempionluğun taleyi böyük ölçüdə həll edilib. 4 tur ərzində 10 xallıq fərqi aradan qaldırmaq çox çətin olacaq....
- Belə baxanda, real deyil. Amma ümid sonda ölür. 10 xal böyük fərqdir. Bizim üçün hər oyun final ab-havasında keçir, qalan oyunlar da belə olacaq. Futbolda belə şeylər olur. Bəzən alınır, bəzən isə alınmır.
- “Qarabağ” adətən final mərhələsinə qədər çox xal itirir və sonradan onları bərpa edə bilmir. Bunun səbəbi nədir?
- Bəli, ilk “altılıq” oyunlarına qədər xallar itirdik. Özündən əvvəlki komandanı hər zaman qovmaq çətin olur. Çünki hər şey səndən asılı deyil. Gərək qələbə qazanmağınla yanaşı, qovduğun komanda da xal itirsin. Əvvəlki oyunlarda itirdiyimiz xallar bu gün bizə çox lazımdır. “Rəvan”la son dəqiqədə buraxdığımız qol, “Sumqayıt”la oyundakı heç-heçə və s. Artıq bunlar arxada qalıb. İrəli baxmaq lazımdır.
- 2 gün sonra ölkə kubokunun yarımfinal oyununa çıxacaqsız. “Bakı” səddini keçə biləcəksiniz?
- “Bakı” yaxşı komandadır. Ümumiyyətlə, bizdə komandalar arasında elə ciddi səviyyə fərqi yoxdur. Kimsə deyə bilməz ki, hansısa komanda rəqibindən 2 baş üstündür. Hər kəs bir-birindən xal qopara bilər. “Bakı”ya gəldikdə, heyətində təcrübəli oyunçular var. Komanda yaxşı oyun nümayiş etdirir. Biz də oynayacağıq. Onlar üçün sonuncu şansın olduğunu bilirik. Turu keçməyə çalışacağıq.
- Proqnoz verə bilərsiz?
- Çox çətindir. “Qəbələ” ilə oyunda 5-6 qol epizodumuz oldu, istifadə edə bilmədik. Bəzən görürsən ki, heç nədən şans yaranır. Kubok oyununda “Qəbələ” ilə matçda heç nədən qol vurduq. Belə şeylər də olur. Ona görə də proqnoz verə bilmərəm.

0
0