“Yenidən Azərbaycanda oynamağıma şad olaram” - MÜSAHİBƏ
16.04.2012 - 23:02
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu, hazırda Buxarest “Dinamo”sunun formasını geyinən Manuel Skarlatakenin apasport.az saytına müsahibəsi
- Komandada işləriniz necə gedir?
- Bizim Rumıniya çempionatında qalib gəlməyə yaxşı şanslarımız var. Artıq 2-ci pillədə qərarlaşmışıq və çempionluq üçün əla imkan qazanmışıq. Üstəlik, ölkə kubokunda da finala yüksəlmişik.
- Sabiq komandanız “Xəzər Lənkəran”dan ayrılmağınıza səbəb nə olmuşdu?
- Mən “Xəzər Lənkəran”da qalmaq barədə rəhbərliklə danışmışdım. Lakin “Dinamo”nun prezidenti mənə komandanın iddialarından danışmaqla, Azərbaycana qayıtmamağı tövsiyə etdi. Mən də qalası oldum.
- Sabiq komandanız sizdən FİFA-ya şikayət edib. Bundan xəbəriniz var?
- Bu haqda xəbərim yoxdur. Bunu ilk dəfə sizdən eşidirəm. Səbəb nədir ki?
- 2011-ci ilin dekabrına kimi komanda ilə müqaviləniz olsa da, 6 ayını başqa klubda - “Dinamo”da keçirmisiniz. “Xəzər Lənkəran” bunun üçün kompensasiya tələb edir...
- Bu mənim deyil, klublar arasında olan problemdir. Özləri həll etsələr, daha yaxşı olar.
- Məsələ ilə bağlı klubdan kiminləsə danışmısınız?
- Xeyr.
- Sizi ölkəmizə gətirən Mirça Rednik də artıq Rumıniya çempionatında çalışır. Necə fikirləşirsiniz, Rednik “Xəzər Lənkəran”da niyə uzun müddət qala bilmədi? Heç onunla əlaqə saxlamısınız?
- Rednikin “Xəzər Lənkəran”dan ayrılmasının səbəbini bilmirəm. Həmin vaxt mən orada deyildim. Yaxşı məşqçidir, onun rəhbərliyi altında oynamağıma şad idim. Təbii ki, onunla əlaqə saxlayıram. O, hazırda “Astra”da çalışır.
- “Xəzər Lənkəran”dakı həmyerlilərinizlə əlaqə saxlayırsınız? Komandanın çıxışını izləyirsiniz?
- Bəli. Əsasən həmyerlilərimlə əlaqə saxlayıram. Bir də komandanın rəisi Səməd Mustafayevlə. Onlar mənə komandanın son oyunları, nəticələr barədə məlumat verirlər. Təəssüf ki, komandanın oyunlarını televiziya ilə izləyə bilmirəm. Nəticələri internetlə öyrənirəm.
- Yenidən Azərbaycandan təklif gəlsə dəyərləndirərsiniz?
- Təbii ki. Öncə “Dinamo”nun prezidenti ilə danışaram. Yenidən Azərbaycanda oynamağıma şad olaram.
- Sabiq komandanız vaxtilə heyətində oynamış Romulo Silvanoya olan borcuna görə cəzalanıb. Komandanın hesabından 6 xal silinib. Bundan xəbəriniz var?
- Xəbərim yoxdur. İlk dəfə sizdən eşidirəm. Bu, çox pis haldır. Belə şeylər komandaya çox pis təsir edir. Komandanın 4-cü olması da yəqin ki, bunun təzahürüdür.

0
0