Milan Baroş: “Qalatasaray”da qalmaq istəyirəm
16.04.2012 - 23:00
Milan Baroş:  “Qalatasaray”da qalmaq istəyirəm
“Qalatasaray”ın çexiyalı hücumçusu Milan Baroş komandadan ayrılacağı ilə bağlı yayılan söz-sözhbətlərə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, 31 yaşlı futbolçu İstanbul təmsilçisində qalmaq arzusunda olduğunu bildirib: “Qalatasaray”ın rəhbərliyi klubdan ayrılacağımla bağlı mənə bir söz deməyib. Burada özümü xoşbəxt hiss edirəm. 4 ildir şərəfini qoruduğum komandada bəzən xoşagəlməz hadisələrlə üzləşsəm də, uğurlu çıxış etdiyimi düşünürəm. Bir sözlə, “Qalatasaray”da qalmaq istəyirəm”.