Əvvəl 43, indi 100 milyon avro
16.04.2012 - 23:07
Əvvəl 43, indi 100 milyon avro
UEFA bu yay keçiriləcək Avro-2012-də iştirak edən futbolçuların klubları üçün ümümilikdə 100 milyon avro məbləğində təzminat ayıracaq. “The Telegraph” nəşrinin məlumatına görə, bununla bağlı qitə futbol qurumu ilə Avropa Klublar Assosiasiyası arasında razılıq əldə olunub.

Əvvəlcə bu rəqəmin 55 milyon avro olacağı gözlənilirdi. Lakin danışıqlardan sonra rəqəm iki dəfəyə yaxın artırılıb.

Qeyd edək ki, Avro-2008-də klublar UEFA-dan cəmi 43 milyon avro almışdılar.