Ronaldinyo üçün 5 illik həbs cəzası
18.04.2012 - 08:35
Məşhur braziliyalı futbolçu Ronaldinyonun qardaşı haqda ağır qərar çıxarılıb. Apasport.az saytının məlumatına görə, “Flamenqo”nun 32 yaşlı hücumçusunun qardaşı Roberto de Assis 5 illik həbs cəzasına məruz qalıb. Buna səbəb onun maliyyə fırıldaqları etməyidir. Əvvəllər qardaşının agenti olan Roberto Braziliya Mərkəzi Bankının 2003-04-cü illərdə xaricdən pul köçürmələri ilə bağlı informasiyanın gizlədilməyində günahlandırılır. Onun İsveçrədə bank hesabı olub və bu haqda müvafiq dövlət orqanlarına informasiya verməyib.
Qeyd edək ki, Ronaldinyo karyerasının ən yaxşı illərində dünya çempionluğu, planetin ən yaxşı futbolçusu adını və Çempionlar Liqasını qazanıb.
Qeyd edək ki, Ronaldinyo karyerasının ən yaxşı illərində dünya çempionluğu, planetin ən yaxşı futbolçusu adını və Çempionlar Liqasını qazanıb.
0
0