Novruz Əzimov “Qarabağ”a məğlubiyyətin səbəbini açıqladı
18.04.2012 - 17:05
Novruz Əzimov “Qarabağ”a məğlubiyyətin səbəbini açıqladı
“Bakı”nın baş məşqçi əvəzi Novruz Əzimov bu gün öz meydanlarında “Qarabağ”la ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunundakı 0:1 hesablı məğlubiyyətin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Əzimov matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, belə qarşılaşmalarda bir ciddi səhv həlledici olur. “Qarabağ”ın təzyiqlərindən sonra bizim futbolçular səhvə yol verdilər ki, rəqib də bundan maksimum istifadə etdi. Çalışacağıq ki, Quzanlıdakı cavab matçında layiqli oyun nümayiş etdirək” - deyə, Əzimov bildirib.

Əzimovun fikrincə qarşılaşmada Novruz Məmmədovun zədəsi, Cəmşid Məhərrəmovun isə sarı vərəqə limitini doldurması səbəbindən meydana çıxmaması da məğlubiyyətdə rol oynayıb: “Biz məcbur olub Deyvidas Çesnauskisi müdafiəyə çəkmişdik, bu da hücumda zəif oynamağımıza gətirib çıxardı”.