Fatih Kavlak: Öncə “Xəzər Lənkəran”a qalib gələk... - MÜSAHİBƏ
04.05.2012 - 14:59
“Qəbələ” klubunun türkiyəli baş məşqçisi Fatih Kavlakın apasport.az saytına müsahibəsi
- Komandanızın Avroliqaya çıxmaq şansı qalır. Bunun üçün “Xəzər Lənkəran”la səfər oyununda qalib gəlməlisiniz ki, bu da asan məsələ deyil. Çünki rəqibiniz evdə nadir hallarda uduzur...
- Lənkərandakı matçın önəmi bəllidir. Hər 2 komandaya qələbəyə lazımdır. “Xəzər Lənkəran”ın gücü məlumdur. Komanda xüsusilə evdə yaxşı oynayır. Təsadüfi deyil ki, ilk “altılıq”da bütün ev oyunlarında, ümumilikdə öz meydanlarında keçirdikləri son 4 matçda qalib gəlib. Ancaq bizi qələbədən başqa nəticə maraqlandırmır. Lənkərana 3 xal dalınca gedirik. Yaxşı hazırlıq keçmişik və komandamıza inanıram.
- Ancaq rəqiblərinizlə müqayisədə ən az şans sizdədir. Üstəlik, heyətlə bağlı itkiləriniz, cəzalı, zədəli futbolçuların olmağı problem yaratmayacaq?
- Ötən turda qalib gələn start “11-liy”i oyuna tam hazırdırlar. Ehtiyat futbolçularımız da var. Bu baxımdan problem olmamalıdır. Şansımız az da olsa var və bundan istifadə etməliyik.
- Mahir Şükürov cəzalı olduğu üçün sabah da meydana çıxmayacaq. Onun son vaxtlar məşqlərdə iştirak etməməyi icazə almasıyla bağlıdır?
- Bəli, biz ona icazə verdik. Bildiyiniz kimi, Şükürov “İnter”lə matçda aldığı qırmızı vərəqə üzündən 2 oyunluq cəzalı duruma düşdü. Onsuz da Lənkərandakı oynamayacağından, şəxsi işlərinin həllinə icazə verdik. Bu üzdən Mahir Bakıda idi.
- Şükürovun mövsümün sonunda “Xəzər Lənkəran”a keçəcəyi haqda informasiyalar yayılır...
- Bundan xəbərdaram. Mövsümün sonunda belə şeylər söylənilir. Bunları şərh etmək istəməzdim. Mövsüm bitəndən sonra hamının taleyinə aydınlıq gələcək.
- Elə sizin də növbəti mövsümdə baş məşqçi postunda qalıb-qalmayacağınız diqqət mərkəzindədir...
- Gələcəyimiz hələ bəlli deyil. Mövsümün sonunda rəhbərliklə danışığımız olacaq. Öz planlarımı açıqlayacağam, rəhbərlik öz fikrini bildirəcək. Son qərar onlara məxsus olacaq.
- “Xəzər Lənkəran”la səfər oyununda qələbəni nəyin hesabına əldə edə bilərsiniz?
- Dediyim kimi, bizə qələbə lazımdır və bunun üçün əlimizdən gələni edəcəyik. Əslində, biz də evdə yaxşı oynayırıq, ancaq “Xəzər Lənkəran” ilk dövrədə bizi öz meydanımızda məğlub edə bildi. Biz də bunu Lənkəranda təkrarlamaq istəyirik. Niyə də olmasın? Əgər “Xəzər Lənkəran” bizi evdə yenirsə, biz də onun meydanına buna nail olmağa çalışmalıyıq.
- “Qəbələ” evdə yaxşı oynayıb, xallarını çoxunu orada qazansa da, səfərdə az qalib gəlib. Bunun səbəbini nədə görürsünüz?
- Dediyinizdə həqiqət var. Mən də bunu düşünərək, səbəblərini araşdırıram. Təbii ki, bunun səbəbləri var və aradan qaldırmağa çalışırıq. İnanırıq ki, elə “Xəzər Lənkəran”la matçda səfər oyunlarımızdakı uğursuzluğa son qoyub, qələbə qazanacağıq.
- “Qəbələ”ni tarixində ilk dəfə Avroliqaya çıxarsanız, postunuzda qalmaq şansınız artacaq...
- Qarşımıza belə vəzifə qoyulub və buna nail olmaq üçün hər şey edirik. Siz dediyiniz məsələ bir-biri ilə bağlıdır. Hər 2 məsələyə yüz faiz diqqət yetirirəm. Yəni həm komandamın, həm də şəxsi nailiyyətimin hər ikisi önəmlidir və bunları bir-birindən ayırmıram. “Qəbələ”ni Avroliqaya vəsiqə qazandırsaq, bu, klub üçün böyük uğur olacaq. Eləcə də, komanda avrokuboklara çıxsa, bu, karyeramda nailiyyət, yeni səhifə olacaq.
- Avroliqaya çıxmağınızda “Qarabağ” – “İnter” oyununun nəticəsindən də çox şey asılıdır. Sizə bu matçda heç-heçə, “İnter”in qalib gəlməməyi daha çox sərf edir...
- Doğrudur, Ağdamdakı oyunun nəticəsi bizim üçün də önəmlidir. Burada çox hesablar var. Əslində, “Xəzər Lənkəran”a çata bilmədiyimizdən, gümüş medal qazanmaq şansımız yoxdur. Yalnız bürünc medala şansımız qalır ki, hazırda bunu qazanmağa daha şanslı 3-cü yerdə gedən “İnter”dir. Əgər bu komanda son 2 oyunda 2 heç-heçə etsə, ona da çata bilməyəcəyik. İndidən belə hesablamalarla yüklənməyə gərək yoxdur. Bizim qarşımızda duran ilk vəzifə Lənkəranda qələbə qazanmaqdır. Öncə “Xəzər Lənkəran”a qalib gələk, bundan sonra turnir cədvəlində vəziyyətə baxıb, şansımızı dəyərləndirərik.
Mehman SÜLEYMANOV

0
0