Rəhbərlik Rəşad Sadiqovu Quzanlıdan qovdu
04.05.2012 - 17:58
“Qarabağ” bəyanat yayıb. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytı ilə yayılan rəsmi açıqlamada komandanın kapitanı Rəşad Sadiqovun “Neftçi”yə keçidinə münasibət bildirilib.
Premyer Liqanın “İnter”lə vacib oyunu ərəfəsində başqa klubla müqavilə bağladığını açıqlayan 29 yaşlı yarımmüdafiəçinin hərəkəti Ağdam təmsilçisi tərəfindən düzgün qiymətləndirilməyib. Bu səbəbdən də komanda ilə birlikdə Quzanlıda olan futbolçu düşərgədən kənarlaşdırılaraq, Bakıya göndərilib.
Qeyd edək ki, Rəşad 3,5 il əvvəl “Qarabağ”a keçəndə də klubundan – o vaxt “Neftçi”dən qovulmuşdu.

0
0