Milli komandamızın rəqibi “casusluq” edəcək
05.05.2012 - 10:04
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk rəqibi olan İsrail yığmasının baş məşqçisi Eli Qutman yay planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yerli mütəxəssis 2 həftəlik təlim-məşq toplanışı çərçivəsində Avro-2012-nin final mərhələsinin iştirakçıları olan Çexiya və Almaniya yığmaları ilə yoldaşlıq görüşlərin keçirəndən sonra kəşfiyyata çıxaraq, “casusluq” edəcək. Belə ki, o, köməkçisi İosi Abuksislə birgə final mərhələsinin keçiriləcək Ukrayna və Polşaya yollanaraq, növbəti seçmə mərhələdə hər ikimizin rəqibləri olan Portuqaliya və Rusiya yığmalarının oyunlarını izləyəcək.
Əsas diqqəti ruslara yönələcək. Çünki İsrail yığması ilk ev oyununuz yığmamızla sentaynrın 7-də səfər matçından 4 gün sonra şimal qonşularımızla keçirəcək.
Əsas diqqəti ruslara yönələcək. Çünki İsrail yığması ilk ev oyununuz yığmamızla sentaynrın 7-də səfər matçından 4 gün sonra şimal qonşularımızla keçirəcək.
0
0