Rusiyadan 2 mükafatla
11.05.2012 - 08:28
Mayın 3-dən 7-dək Rusiyanın Yessentuki şəhərində Böyük Vətən Müharibəsində Qələbənin 67-ci ildönümünə həsr olunmuş uşaqlar arasında futbol üzrə açıq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, turnirə Bakının “İnter” klubununu 2000 və 2001-ci il təvəllüdlü futbolçulardan ibarət iki komandası qatılıb. Onlar ölkəyə 2 mükafatla qayıdıb.
2001-ci il təvəllüdlü futbolçulardan ibarət komanda turnirdə 5 matç keçirib. İlk qarşılaşmada bakılılar “Spartak”ı (Nalçik) 2:1 hesabıyla məğlub edib. Sonra Rövşən Babayevin yetirmələri Vladiqafqazın “Alaniya”sına qalib gəlib - 4:0. III turda “İnter” “Aksay”ıı darmadağın edib - 9:0. “Pyatiqorsk” ilə oyunda da eyni hesab qeydə alınıb - 9:0. Son matçda isə “İnter” “Qloriya”ya (Yessentuki) şans verməyib - 5:1. Beləliklə, Rövşən Babayevin yetirmələri 100 faizlik nəticə ilə turnirin qalibi olublar.
2000-ci il təvəllüdlü futbolçuların iştirak etdiyi turnirdə də “İnter” ilk matçda “Diqora”nı 4:0 hesabla məğlub edib. Növbəti turda Yaşar Abdulovun yetirmələri “Yessentuki” üzərində 4:0 hesabıyla qələbə qazanıblar. Sonradan “İnter” “Alaniya” ilə “sülh” bağlayıb - 2:2. III turda komanda “Pyatiqorsk”u 2:0 hesabıyla məğlub etsə də, son turda “Kislovodsk”a 1:3 hesabıyla məğlub olub. Beləliklə, təmsilçimiz turniri 2-ci yerdə başa vurublar.
Qeyd edək ki, bu turnir ənənəvi xarakter daşıyır və 3 ildir ardıcıl olaraq keçirilir.

0
0