Ronaldo jurnalistlərdən mükafat aldı
11.05.2012 - 17:18
Dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldo növbəti mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının 27 yaşlı hücumçusu xaricdə çıxış edən ən yaxşı portuqaliyalı idmançı sayılıb. Bu mükafat Portuqaliyanın İdman Jurnalistləri Assosiasiyası tərəfindən verilir.
Ronaldo onun sahibi olmağının çox xoş olduğunu bildirib: “Axı bu mükafat mənim ölkəmin jurnalistləri tərəfindən verilir. Çox əladır ki, mükafat indi, “Real”la İspaniya çempionatının qalibi olanda mənə çatdı. Bu isə mənim əsas məqsədlərimdən biri idi”.

0
0