“Futbolda penalti zərbələri bir faciə ola bilər”
27.05.2012 - 08:28
“Futbolda penalti zərbələri bir faciə ola bilər”
FİFA prezidenti Zepp Blatter yenidən diqqət mərkəzinə düşüb. O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən iclasda gözlənilməz təkliflə çıxış edib.

FİFA prezidenti bərabərliklə başa çatan görüşlərdən sonra yerinə yetirilən penaltilər zərbələrinin aradan qaldırılması ideyasını irəli sürməklə hər kəsi təəccübləndirib. "Futbolda penalti zərbələri bir faciə ola bilər" deyən Blatter bunun futbol qaydalarına zidd olduğunu bildirib: "Oyunun taleyi penaltilərlə müəyyənləşəndə futbol öz mahiyyətini itirir. Matç 11 metrlik zərbələrə qalanda, dramatik, hətta faciəvi olur. Futbolda fərdlər biri-birinə qarşı olmamalıdı. Çünki bu, komanda ruhunu öldürür. Futbol kollektiv oyunudu".

Maraqlıdı ki, Blatter çıxış yolunu özü tapmaq əvəzinə bu işi Almaniya futbolunun əfsanəsi Frans Bekkenbauerə həvalə edib: "Bəlkə Bekkenbauer bizə bu problemin həllini deyə. Bu gün olmasa belə, sabah nəsə etmək lazımdı".

Lakin Blatterin bu fikri birmənalı qarşılanmayıb.