Premyer Liqa, Kral şübhə xaricində və ya çətin ekzotika
27.05.2012 - 23:01
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Premyer Liqada ikinci "altılıq" komandalarına avrokuboka düşmək şansı verilməsi ilə bağlı təklifi geniş müzakirəyə səbəb olsa da, ideya elə ideya olaraq qaldı. Hərçənd mətbuatda müxtəlif variantlar irəli sürülmüşdü. Lakin nədənsə futbol təsərrüfatımızı idarə edən şəxslər yenilik etməyi məqsədəuyğun saymadılar və bunu müzakirəyə çıxarmadan ən azı qarşıdakı mövsümdə mövcud sistemlə davam etməyi üstün tutdular (Sport Ekspress).
Halbuki, ikinci "altılıq" kollektivlərinə avrokuboka düşmək şansı verilməsi ilə bağlı təklifi masa üzərində saf-çürük etməyə dəyərdi. Ən azı ona görə ki, Avropanın müxtəlif çempionatlarında fərqli pley-off sistemlərindən istifadə olunur. Əcnəbilər yenilikləri davamlı olaraq tətbiq etməsələr də, hər halda sınaqdan çıxarırlar və burada özünü doğruldan formullara rast gəlmək mümkündü.
Pley-off sistemi yetərincə möhkəm olmayan çempionatı maraqlı etmək üçün demək olar ki, həmişə tətbiq edilir. Məhz ona görə də top-liqalarda buna rast gəlinmir. Orada bir qayda olaraq intriqa ilə bağlı hər şey qaydasındadı. "Böyük beşlik" çempionatlarında maksimum elitaya vəsiqə uğrunda pley-off qarşılaşmalarına rast gəlmək olar. Əvəzində isə Avropada, eləcə də dünyada pley-offun müxtəlif tiplərinə rast gəlmək olar. Gəlin onları birlikdə gözdən keçirib, ən optimal variantla bağlı müəyyən təsəvvür əldə edək.
Tip 1: Hamı rəqs edir
Ölkə: Türkiyə və Belçika.
Prinsip: müxtəlif qruplarda pley-off elitanı tərk edənlərdən başqa bütün komandalara tətbiq edilir.
Toplanmış xallar: yarıya bölünür.
Turnirin darıxdırıcı olmaması üçün ən sadə üsul - onun bütün iştirakçılarını zəmanətdən məhrum etməkdi. Pley-off belə hallarda liderlərin medaldan məhrum olunmasına imkan verir. Üstəlik, avrokuboka vəsiqə məsələsi var.
Ötən payızda Türkiyədə kütləvi həbslər, qarşılıqlı ittihamlar və cinayət işləri ilə dolu olan böyük qalmaqal yaşandı. Çoxdan bəri kök salmış korrupsiya söhbətinə praktiki olaraq hamının adı qarışdı, lakin hələ məsələ danışıqlar mərhələsinə kimi gəlib çatmayıb, əsas əziyyət çəkənlər isə sıravi azarkeşlər oldu. Onlara maksimal sadə vasitə ilə təsəlli vermək qərarına gəldilər - yerli qrandlar arasında əlavə superfinal təşkil etməklə. Xoşbəxtlikdən Türkiyədə cəmi 4 qrand var və onlar demək olar ki, həmişə 1-4-cü yerləri tuturlar.
Ümid etdikləri kimi alındı: ay yarım ərzində hər həftə çempionatda qalib gəlmiş "Qalatasaray", onu təqib edən "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor" arasında çarpışma oldu. "Sarı-qırmızılar"ın 9 xallıq üstünlüyü 5-ə qədər azaldı, intriqanın yenidən canlanması üçün daha bir məğlubiyyət kifayət edirdi. Yekunda hər şey son turda "Fənərbaxça" ilə üzbəüz görüşdə həllini tapdı, lakin yenə də çempion "Qalatasaray" oldu.
Qalan komandaları da darıxmağa qoymadılar. 5-8-ci pillələrdə qərarlaşanlar dairəvi sistemlə keçirilən turnirdə oynadılar, qalib "Bursaspor" Avroliqaya vəsiqə uğrunda çempionluq qrupunun 4-cüsü "Beşiktaş"la pley-offda mübarizə aparmalı idi. Yekun isə yetərincə mənasız oldu: matça ehtiyac olmadı. Çünki "Bursa" Türkiyə kubokunun finalçısı kimi onsuz da Avroliqaya düşürdü.
Türklər hətta cədvəlin yuxarı yarısında qərarlaşmayanları belə darıxmağa qoymadılar: 9-18-ci yerlər arasında liqanın əsas sponsoru olan "Spor Toto Cup" adına kubokda oynadılar. Növbəti mövsümə heç kim üçün heç bir bonus vermədilər. Elitanı tərk edən komandalar isə artıq məlum idi.
Belçikada da sistem təxminən eynilə bu cürdü - onu könüllü surətdə və stres olmadan tətbiq etdilər. Burada çempionluq uğrunda 1-6-cı sıradakı komandalar mübarizə aparırlar. Yekunda isə sonuncu 2 kollektivə avrokuboka vəsiqə qismət olmur. Öz növbəsində elitanı tərk etməyən ortabablar isə hərəsində 4 komanda olmaqla 2 qrupa bölünürlər, qaliblər öz aralarında oynayır, onlar arasında olan güclü isə Avroliqaya vəsiqə uğrunla çempionluq qrupunun 4-cüsü ilə pley-offda üz-üzə gəlir. Ümumilikdə heç nə və heç kim unudulmur.
Tip 2: Uzadılmış kef
Ölkələr: Kipr, İsrail, Gürcüstan, Azərbaycan, Şotlandiya, Şimali İrlandiya.
Prinsip: hər kəsin öz pley-offu var, aşağı qrupun avrokuboka düşmək imkanı yoxdu.
Toplanmış xallar: adətən tam şəkildə qorunur, nadir hallarda isə yalnız şəxsi görüşlərdə toplanan xallar nəzərə alınır.
Sayına görə kiçik çempionatın yer aldığı və 10-12 komandalardan təşkil olunmuş, 20 turdan sonra başa çatmaq istəməyən ölkələrdə, pley-off - marafonu uzun etmək üçün yeganə imkandı. Belə olan halda, ikinci qrupda qərarlaşan komandalar yalnız elitada qalmaq uğrunda mübarizə aparmalı olurlar. Heç olmasa, dolayı yolla nəsə daha pozitiv bir şeyə ilişmək şansları olmur.
Kiprdə 2 uğursuz komanda elitanı tərk edən kimi kimi cədvəl üç qrupa ayrılır: A (1-4), B (5-8) və C (9-12). Düzdü, burada qaydalar sərtdi: öz qrupundan yüksəyə hoppanmaq artıq alınmır. A qrupunda çempionluq, C qrupunda isə - aşağı dəstəyə düşəcək daha bir komandanın müəyyənləşdirilməsi üçün oynanılır. B qrupunda isə matçlar heç bir əhəmiyyət kəsb etmir: sadəcə, topu diyirlədirlər.
Gürcüstanda yekun cədvəl yuxarı "səkkizliy"ə və aşağı "dördlüy"ə bölünür. Birincilər öz aralarında oynayaraq yalnız şəxsi görüşlərdə xalları saxlayırlar, ikinciləri isə 4 iddiaçı ilə elitadakı yer birləşdirir.
Tip 3: Kral şübhə xaricində.
Ölkələr: Hollandiya, Yunanıstan, Uels.
Prinsip: Çempionatın liderləri pley-offda iştirak etmir.
Toplanmış xallar: xüsusi formula əsasında hesablanır - istifadə olunmur.
Bəzi yerlərdə çempionu pley-offa göndərmək ədalətsiz hesab olunur, həmçinin müntəzəm çempionatın vitse-çempionunu. Onlar sakit şəkildə yerlərini qoruyurlar, aşağıda qərarlaşan komandalar güclənməli olurlar.
Yunanıstanda müntəzəm turnirdən sonra pley-off artıq 10 ildi ki, oynanılır. Burada çempion ənənəvi sxem əsasında müəyyən edilir və ona daha əl dəymirlər. Əvəzində isə Çempionlar Liqasına 2-ci vəsiqə və Avroliqaya yer növbəti 4 komanda arasında oynanılır. Toplanmış ballar bölünmür - bunun yerinə məharətli formul tətbiq edilir. Aşağı 4 komanda 0 xal alır, digər komandalar isə özünəməxsus fərqlilik və çempionatda topladıqları 5 yerə bölünmüş və tam ədədə kimi yuvarlaqlaşdırılmış xallara əsasən start edirlər.
Hollandiyada iş daha sadədi: orada Avroliqaya vəsiqələrdən biri 5-8-ci yerlər arasında oynanılır. Toplanan xallar lazımsız olur: yarımfinalda 5-ci komanda 8-ci, 6-cı komanda isə 7-ci komanda ilə oynayır, finalda cütlüklərin qalibi qarşılaşır.
Tip 4: Çətin ekzotika
Ölkə: Avstraliya.
Prinsip: hamının şansı var, lakin eyni deyil.
Xəritənin bir küncündə Avropa futbolundan uzaq Avstaliyanın öz ənənəsi və öz qaydaları var. Yarış əksər hallarda kenquru və ördəkburun kimi ekzotik olur. Əsas yerli idman növü - Avstraliya futboludu, 2 cüt qapısı olan oval meydanda oynanılır, pley-off isə yetərincə mürəkkəb sxem əsasında keçirilir. Yarış "peyc sistemi" adını daşıyır, məğlub komanda elitanı dərhal tərk etməyə bilər, lakin turnirdəki yolunu uzadır. Yerli A Liqasında - 10 komanda var, onlardan 6-sı ənənəvi - dairəvi oyundan sonra pley-offa düşürlər. Bundan sonra qəribə şeylər baş verir: 1-ci komanda 2-ci, 3-cü komanda 6-cı, 4-cü komanda isə 5-ci ilə oynayır! Bununla belə, 1-ci cütlük evdə və qonaq kimi olmaqla 2 matç oynayır, qalan 2-si isə yalnız bir. 1-ci və 2-ci yerlərin qalib cütlükləri birbaşa finala düşür və orada rəqibini gözləyir. Məğlub komanda isə "camaat arasına" gedir - 2 aşağı cütlüklər arasındakı qaliblə oynamağa yollanır. Beləliklə, təxminən bir aydan sonra çempionatın 1-ci və 2-ci komandası yenidən "qrand-final"da görüşə bilər - yalnız onlardan biri ora birbaşa, digəri isə dolayı yolla keçə bilər.
Avstraliyasayağı pley-offun yaxşı cəhəti elitada qalmaq uğrunda matçlarının üstünlükləri ilə dairəvi turnirin üstünlüklərini özündə birləşdirməsidi. Orada gözlənilməyən intriqa və səhv etmək haqqı da var. Düzdü, baxmayaraq ki, Çempionlar Liqası kimi regional turnirlərdə ölkə təmsilçilərini müəyyən etməyi nəzərəçarpacaq dərəcədə çətinləşdirir, bundan başqa konservatorların çətin ki, xoşuna gəlir.
FƏRİD

0
0