Nuri Şahin “Real”da qaldı
27.05.2012 - 22:36
Nuri Şahin “Real”da qaldı
"Real"dan ayrılacaq futbolçuların adları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, siyahıda bir türk futbolçu da var. Madridlilərin baş məşqçisi Joze Mourinyonun Kaka, Rikardo Karvalyo, Raul Albiol, Lassana Diarra və Həmid Altıntopu komandasında görmək istəmədiyi bildirilir. Daha öncə "Real"dan ayrılacağı gözlənilən Nuri Şahin isə komandada qalacaq.

"Real"ın hücumçusu Qonsalo İquaynın gələcək taleyi isə hələlik bəlli deyil. "Yuventus" və PSJ-nin transfer hədəfində olan argentinalı futbolçunun "Real"dan ayrılacağı istisna olunmur.