Millimiz beynəlxalq turnirin qalibi oldu
27.05.2012 - 23:05
Millimiz beynəlxalq turnirin qalibi oldu
Eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqada təşkil olunmuş beynəlxalq turnirin qalibi olub. Apasport.az saytının xəbərinə görə, yarışın son oyununda Latviya ilə qarşılaşan komandamız 6:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, yığmamız bu turnir çərçivəsində mayın 25-də Litva komandasını 10:3, mayın 26-da isə Estoniya yığmasını 20:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.