Əvvəl futbolçular, sonra Foqts
28.05.2012 - 00:32
Əvvəl futbolçular, sonra Foqts
Yaponiya ilə yoldaşlıq görüşündən (0:2) sonra Almaniyaya yollanan millimiz hazırlıqlarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, mayın 30-da Bakı vaxtı ilə saat 20:00-da Andorra ilə yoxlama matçına çıxacaq komandamız qarşılaşmadan bir gün öncə mətbuat üçün açıq məşqə çıxacaq. Jurnalistlərlə görüş yerli vaxtla saat 11:00-da “Sportpark Kelsterbach” stadionunda baş tutacaq.

Bundan sonra isə media nümayəndələri ilə görüşə yığmamızın baş məşqçisi Berti Foqts gələcək. Almaniyalı çalışdırıcı elə həmin gün yerli vaxtla saat 16:00-da Steingenberger Airport otelində jurnalistlərin suallarını cavablandıracaq.