“Bakı”nın qənimi “Neftçi” ilə bir səbətdə
29.05.2012 - 08:29
Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq bütün komandaların tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sonuncu – 31-ci vəsiqənin sahibi “Buduçnost” klubu olub. 2 il əvvəl Avropa Liqasında “Bakı”nın rəqibi olan çernoqoriyalılar texniki qələbə sayəsində mərhələ adlamışdı - +:-, 1:2. Çernoqoriya çempionu adını qazanan komanda püşkatma zamanı səpələnməmişlər səbətində yer alacaq.
Azərbaycan çempionu “Neftçi”nin də yer aldığı zəiflərin səbətində yer alan komandaların potensial rəqibləri isə xeyli əvvəldən məlum idi. Burada 17 klub qərarlaşıb.
Səpələnmişlər: “Dinamo” (Xorvatiya), “Slaşk” (Polşa), AEL (Kipr), BATE (Belarus), “Helsinqborq” (İsveç), HİK (Finlandiya), “Ventspils” (Latviya), “Maribor” (Sloveniya), “Partizan” (Serbiya), “Bazel” (İsveçrə), “Ekranas” (Litva), “Zalsburq” (Avstriya), “Debretsen” (Macarıstan), “Slovan” (Çexiya), “Jilina” (Slovakiya), “Şerif” (Moldova), “Zestafooni” (Gürcüstan)
Səpələnməmişlər: “Neftçi” (Azərbaycan), “Hapoel” (Kiryat-İrona, İsrail), “Reykyavik” (İslandiya), TNS (Uels), “Flora” (Estoniya), “Şaxtyor” (Qazaxıstan), “Uliss” (Ermənistan), “Molde” (Norveç), “Jelezniçar” (Bosniya və Herseqovina), “Vardar” (Makedoniya), “Skenderbeu” (Albaniya), “Ludoqorets” (Bopqlarıstan), “Şemrok Rovers” (İrlandiya), “Buduçnost” (Çernoqoriya), I təsnifat mərhələsinin 3 qalibi
Qeyd edək ki, avrokubokların ilk 2 mərhələsinin püşkü iyunun 25-də atılacaq.

0
0