“Neftçi”nin futbolçusu mövqeyini əldən verdi
29.05.2012 - 09:14
Belçika milli komandasının futbolçusu Eden Azar İngiltərənin “Çelsi” klubuna keçib. Apasport.az saytının məlumatına görə, Fransa “Lill”indən transfer olunan 21 yaşlı hücumameylli yarımmüdafiəçisinin keçidi 40 milyon avroya başa gəlib. Bununla da Azar Belçika futbol tarixinin ən bahalı futbolçusu olub.
Edenin rekorda imza atması müqavilə ilə “Neftçi”yə məxsus olan Emil Mpenzanın da mövqeyinə təsir edib. Belçikalı futbolçuların 10 ən bahalı transferi siyahısında 9-cu olan Emil, Azarın rekordu ilə 10-cu pilləyə yuvarlanıb. “Top-10”un qapısının ağzında olan Mpenza Belçika “Standard”ından Almaniya “Şalke”sinə 8,5 milyon avroya keçmişdi.
Qeyd edək ki, 2 il əvvəl Azərbaycana gələn Mpenza “Neftçi”nin futbolçusu olsa da bu ilin əvvəlində klubun düşərgəsini özbaşına tərk etmişdi. Futbolçu ilə paytaxt təmsilçisi arasındakı məsələ hazırda FİFA-da araşdırılır.

0
0