Azərbaycan millisi: Tarixdə 186-cı, Foqtsla 47-ci
29.05.2012 - 09:32
Sabah Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası tarixində 186-cı qarşılaşmaya çıxacaq. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən indiyədək 185 oyuna çıxan komandamız bu müddətdə 33 qələbə qazanıbsa, 45 heç-heçə və 107 dəfə meydanı başıaşağı tərk edib.
Bu günədək 129 dəfə fərqlənən milli 332 dəfə topu öz qapısında görüb.
Ardıcıl 2 oyundur eyni – 0:2 hesabı ilə məğlub olan Berti Foqtsun yetirmələri uğursuz seriyanı qırmağa çalışacaq. Bunadək komandamız Fələstinə Dubayda, Yaponiyaya isə Şizuokada məğlub olub.
İndiyədək baş tutan qarşılaşmalardan 88-i DÇ və AÇ-lərin seçmə oyunu olubsa, millimiz 98-ci dəfə yoxlama oyunu keçirəcək. Yoldaşlıq matçları və bu tip mini turnirlərdəki görüşlərdə 25 qələbə qazanıb, 32 heç-heçə edən millimiz 40 dəfə meydandan məğlub ayrılıb. Yoldaşlıq oyunlarındakı top fərqi 88-129-dur.
Oyun baş məşqçi Foqtsun bu postda 47-ci qarşılaşması olacaq. 2008-ci ilin martından fasiləsiz millinin “sükanı arxası”nda olan almaniyalı bu müddətdə 10 qələbəyə sevinib. 11 heç-heçə edən Foqtsun yetirmələri 25 dəfə meydanı başıaşağı tərk ediblər. Bu matçlarda yığmamız 37 qolun sevincini yaşayıbsa, 2 dəfə çox - 74 dəfə qapıçımız topu tordan çıxarıb.
Almaniyalı baş məşqçi üçün millimizlə 27-ci yoldaşlıq oyunu olacaq Andorra sınağınadək 7 qələbə, 8 heç-heçə və 11 məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə 23 top vuran komandamız 34-nü buraxıb.

0
0