Azərbaycan yığması yeni rekordun astanasında
29.05.2012 - 10:58
Azərbaycan yığması yeni rekordun astanasında
Sabah Andorra ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığması tarixində 4-cü dəfə bu rəqiblə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, “cırtdan ölkə” təmsilçisi daha çox oynayıb, uduzmadığımız 2 milli komandadan biridir.

Belə ki, millimiz Latviya və Andorranın hərəsi ilə 3 dəfə qarşılaşıb və heç vaxt uduzmayıb. Almaniyada keçiriləcək bu dəfəki matçda da uduzmayacağı halda, yığmamız rekorda imza atacaq. Andorra ilk komanda olacaq ki, 4 və daha çox oyunda görüşüb heç vaxt məğlub olmamışıq.

24 iyun. 1998 Tallin. BT. Andorra – Azərbaycan 0:0
10 fevral. 2000 La-Valleta. BT. Andorra – Azərbaycan 0:0
4 iyun. 2008 Andorra-la-Vella. YO. Andorra - Azərbaycan 1:2

Qeyd edək ki, yığmamız tarixi ərzində qarşılaşdığı 61 rəqibdən yalnız 17-nə uduzmayıb.