“Qəbələ” məşqçisini qovdu
29.05.2012 - 11:10
“Qəbələ” məşqçisini qovdu
“Qəbələ” U-15 komandasının məşqçiləri ilə bağlı qərarını verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mayın 26-da keçirilən Kapital Bank U-15 Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutan “Bakı” – “Qəbələ” oyununda baş verənləri araşdıran klub rəhbərliyi günahkarları üzə çıxarıb.

Onların gəldiyi qərara əsasən klubun məşqçisi Hüseynqulu Quliyev vəzifəsindən uzaqlaşdırılıb. Digər məşqçilər - Famil Xəlilov, Sərdar Qafarov və Teymur Musayev isə klubun daxili intizam qaydalarına əsasən cəzalandırılaraq, ciddi xəbərdarlıq alıblar.