Fransızların qoyduğu ənənə, andorralıların may sindromu
29.05.2012 - 17:26
Fransızların qoyduğu ənənə, andorralıların may sindromu
Sabah Andorra millisini sınağa çəkəcək Azərbaycan yığması tarixində ilk dəfə mayın 30-da meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamızdan 4 yaş gənc olan rəqib də indiyədək bu tarixdə oyun keçirməyib.

Lakin tarixinin ilk matçını 1996-cı ildə keçirən andorralıların may sindromu var. Belə ki, bu ay keçirilən görüşlərdə rəqibimiz eyni hesabla darmadağın olur. 2004-cü mayın 28-də Fransa Andorra yığmasını 4:0 hesabı ilə məğlub edib. 6 il sonra mayın 29-da isə bu ənənəni İslandiya davam etdirib. Ada təmsilçisi də “cırtdanlar”ı 4 cavabsız qola qonaq edib. Andorranın 3-cü may sınağında ənənəni davam etdirmək növbəsi Azərbaycan millisinindir. Bunun üçün yığmamız tarixinin ən böyükhesablı qələbəsini qazanıb, 13 il əvvəl Lixtenşteynlə Bakıdakı matçda gerçəkləşən rekordunu təkrarlamalıdır.