Millimiz qələbə qazandı
14.06.2012 - 09:02
Millimiz qələbə qazandı
Litvanın Palanqa şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri Latviyanın “Metallurq” klubu ilə yoldaşlıq oyunu keçirib. Liepaya təmsilçisi ilə qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. “Metallurq”un qapısından topları Bayram Budaqov və Taşkın İlter keçirib.

Mənbə: affa.az