“Onların qolları heç nədən vuruldu”
14.06.2012 - 09:35
“Onların qolları heç nədən vuruldu”
“Oyunun əvvəlində qol vurmaq üçün bir neçə şansımız oldu. Almanların qolları heç nədən vuruldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiya milli komandasının baş məşqçisi Bert van Marveyk deyib.
O, AVRO-2012-nin final mərhələsinin B qrupunun II turunun Almaniya ilə oyunu haqda fikirlərini açıqlayıb: “Almaniya yığması həqiqətən əla komandadır. Onlar güclüdür, qol imkanları yaradır və istifadə edir. Əgər Almaniya yığmasını məğlub etmək istəyirsənsə ən yaxşı vəziyyətdə olmalısan. Bu oyunda isə bəzi futbolçularımız ən yaxşı formada deyildi. Robin van Persi qol vurduqdan sonra almaniyalıların bəzi problemləri yarandı. Lakin bu, bizə uğur gətirmədi. Biz hücuma keçəndə cəsarətli idik, lakin müdafiə olunduğumuz vaxt yox”.

Qeyd edək ki, Hollandiya yığması Almaniyaya 1:2 hesabı ilə uduzub.