Legioner limiti dəyişdi, güzəşt qaldı
14.06.2012 - 10:04
Türkiyə Futbol Federasiyası (TFF) qarşıdakı 3 mövsüm üçün legioner limiti ilə bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, əsas dəyişiklik Superliqa lə bağlı olub. 2013/14 mövsümündə iştirak ərizəsinə 10, oyun protokoluna 6 legioner yer ala biləcək. Artıq 2014/15 mövsümündə isə bu rəqəmlər müvafiq olaraq 8 və 5-ə endiriləcək.
I dəstədə çıxış edən komandaların heyətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan futbolçulara güzəşt isə qüvvədə saxlanılıb. Qarşıdakı mövsümlərdə də hər klub bu ölkələrdən olan 2 oyunçunu heyətinə qata bilər. Bu 2 güzəştli futbolçudan başqa isə hər komanda 3 legionerə güvənmək imkanına malik olacaq. Oyunun protokoluna isə 2-si postsovet məkanının türkdilli ölkələrindən olmaqla 5 futbolçu daxil edilə bilər.
Qeyd edək ki, bu güzəşt 2004-cü ildən tətbiq olunur.

0
0