Yığmamızın oyunçusu Ukraynada rekordçu oldu
14.06.2012 - 10:27
Yığmamızın oyunçusu Ukraynada rekordçu oldu
Ukraynanın “Uraqan” futzal klubunun 2011/12 mövsümündəki çıxışının yekunları açıqlanıb. Apasport.az saytının məlumatına görə, İvano-Frankovsk təmsilçisinin heyətindəki Azərbaycan milli komandasının üzvləri Serjao ilə Biro Jadenin də yekun göstəriciləri məlum olub.

Ukrayna çempionatı, kuboku, Superkuboku və UEFA kubokunda üst-üstə 36 oyun keçirən “Uraqan”ın heyətində ən çox meydana çıxanlardan biri məhz Serjao olub. Milliləşən braziliyalımız komanda yoldaşı Svelix ilə hamıdan çox 32 oyunda iştirak edib. Bu rekorda şərik olan Serjao 12 qolla bombardirlər siyahısında 2-3-cü yerlərin sahibi olub. Cənubi amerikalı komandasının 2 qolunu penaltidən vurmaqla bu üsulla fərqlənən yeganə “Uraqan”lı olub. O, həmin də Karlinyos və Sipun kimi hamıdan çox – 5 dəfə xəbərdarlıq alıb. Cəmi 8 matçlın iştirakçısı olan Biro Jade isə 3 qol və 2 xəbərdarlıqla tarixə düşüb.

Qeyd edək ki, “Uraqan” mövsümü çempionatın bürünc mükafatı ilə bitirib.