FİFA-nın saytında Azərbaycanla bağlı videoçarx
14.06.2012 - 10:35
FİFA-nın saytında Azərbaycanla bağlı videoçarx
FIFA-nın saytında fəaliyyət göstərən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı xüsusi səhifədə ölkəmizin tanıtımı məqsədilə hazırlanmış videoçarx yerləşdirilib. Apasport.az-ın məlumatına görə, videoçarxı izləmək istəyənlər fifa.com saytındakı FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı xüsusi səhifəyə daxil ola bilər. Həmin videoçarx eyni zamanda affavideo.az saytında da yerləşdirilib.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 27-dən oktyabrın 13-dək davam edəcək.

Mənbə: affa.az