“Rəvan”ın potensial rəqibləri müəyyənləşdi
14.06.2012 - 11:31
“Rəvan”ın potensial rəqibləri müəyyənləşdi
Premyer Liqanın yeni mövsümünə hazırlıqları Sloveniyada keçirəcək “Rəvan” klubunun təlim-məşq toplanışı zamanı 3 yoldaşlıq görüşündə qüvvəsini sınayacağı nəzərdə tutulub. Apasport.az saytının məlumatına görə, həmin oyunlarda komandanın potensial rəqibləri “Yagelloniya” (Polşa), “Visla” (Polşa), “Antalyaspor” (Türkiyə), “Vlajniya” (Albaniya), “Rad”, OFK (hər ikisi Serbiya) klublarıdır.

Qeyd edək ki, komandaya yeni mövsümdən türkiyəli mütəxəssis Cevat Gülər başçılıq edəcək. Paytaxt təmsilçisinin iyunun 20-dən başlayacaq hazırlıq prosesinə komandanın yeni transferi Hüseyn Axundov da qatılacaq.

Mənbə: pfl.az