Samir Zərgərov: Yeni transferlərin hamısı adlı-sanlı futbolçulardır - MÜSAHİBƏ
14.06.2012 - 12:31
“İnter” klubunun yarımmüdafiəçisi Samir Zərgərovun apasport.az saytına müsahibəsi
- Türkiyə toplanışı necə keçdi?
- Orada əsasən fiziki hazırlıq üzərində işlədik. Sloveniyadakı hazırlıqda isə taktiki təmrinlər üzərində çalışacağıq, bir neçə yoldaşlıq oyunu keçirəcəyik.
- Məzuniyyətdən döndükdən sonra fiziki yükləmələr futbolçularda narahatlıq yaratmadı?
- Ciddi problem olmadı. Futbolçular hazır idi. Yükləmə də tədricən oldu. Yaxşı hazırlıq keçdiyimizi düşünürəm.
- Türkiyədə yoldaşlıq oyununda 16:1 hesablı qələbə qazandız. Rəqib peşəkar komanda idi?
- Cavan uşaqlardan qurulmuş komanda idi. Onlar üçün təcrübə oldu. Görüşdən sonra baş məşqçiləri də etiraf etdi ki, bizim bu cür oyunlara ehtiyacımız var. Əslində, pis komanda deyildi. Bizim heyətdə isə gənclər və təcrübəli futbolçular yer almışdı. Futbolda bu cür nəticələr ola bilər. Sloveniyada güclü rəqiblərlə qarşılaşacağıq.
- Fasilədə heyətə Georgi Adamiya, Tales Şütz, Slavço Georgiyevski kimi təcrübəli futbolçular cəlb edildi. Onlar komandanı gücləndirə biləcəkmi?
- Yeni transferlərin hamısı adlı-sanlı oyunçulardır. Nəyə qadir olduqlarını artıq sübut ediblər. Komandanı gücləndirdiklərini deyə bilərəm. Məşq prosesində heç də pis çalışmırdılar.
- Ötən mövsüm “İnter” üçün əsas problemli mövqe hücum xətti ilə bağlı idi. Yeni transferlərdən ikisi sırf hücumçudur. Onların gəlişi ilə bu problemin həll edildiyini düşünmək olarmı?
- Hücum xətti çox güclənib. Yeni mövsümdə ötənilkindən daha çox qol vuracağıq.
- Necə düşünürsüz, əsas heyətdəki yerini qaytara biləcəksizmi?
- Hamı istəyir ki, əsas heyətdə yer alsın. Bu il “İnter”də əsas heyətə düşmək çox çətin olacaq. Çünki hamı oynamaq istəyir. Bunun üçün də məşqlərdə maksimum dərəcədə çalışır.
- Qarşıdan Avropa Liqasının oyunları gəlir. Konkret bilinməsə də, potensial rəqiblər məlumdur. Hər kəs üçün maraqlıdır ki, “İnter” mərhələ adlaya biləcək?
- Məncə, yaxşı olacaq. Birinci oyundan çox şey asılıdır. Bizim gücdə olan rəqiblə düşsək, mərhələ adlayacağıq. Rəqibimiz bilindikdən sonra dəqiq nəsə demək olar.
- Rəhbərlik konkret tapşırıq qoyub?
- Əlbəttə, mümkün qədər daha çox mərhələ adlamalıyıq. Qrup mərhələsinə düşsək, əla olar. Amma ən azı 2-3 mərhələ keçməliyik.

0
0