“Azərbaycandan yaxşı təklif almışam” – FOTO
14.06.2012 - 12:41
“Komandamı dəyişmək haqda qərar verməkdə çətinlik çəkməkdən qorxuram. Neçə ildir ki, evimə yaxın klublarda oynayıram. “Trogir”, “Medimurye”, “Varajdin”dən sonra 1 ili “Koper”də keçirmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Koper” klubunun futbolçusu Adnan Aqanoviç deyib.
25 yaşlı hücumameylli xorvatiyalı yarımmüdafiəçi vətənində verdiyi müsahibədə Azərbaycan Premyer Liqasında oynamaq perspektivindən danışıb: “Amma indi xaricdən yaxşı təkliflər almışam. Azərbaycan, İsrail, Kipr, Çin, Yunanıstan təmsilçiləri məni heyətində görmək istəyir. Lakin qərar verməzdən əvvəl qeyd etməliyəm ki, doğma vətəndə oynamaq istəyərdim. “Koper”də 6 qol vurub, 5 məhsuldar ötürmə verdim ki, bu da karyeramın ən yaxşı mövsümdür. Mən komandaya gələndə onlar sonuncu pillədə idisə çempionatı 4-cü yerdə bitirdik”.
Qeyd edək ki, Aqanoviç son Sloveniya çempionatındakı 6 qolu 25 oyuna vurub.

0
0