Azərbaycanda bürünc qazanan futbolçu milli arzusunda
14.06.2012 - 13:17
Azərbaycanda bürünc qazanan futbolçu milli arzusunda
“Bakıda oynadığım müddət yetər. Təxminən il yarım orada oynadım. İndi isə evə qayıtmaq vaxtı çatıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq futbolçusu Enyo Krastovçev deyib.

Ötən mövsüm komandası ilə birlikdə çempionatın bürünc mükafatını qazanan bolqarıstanlı hücumçu karyerasının vətənində davam etdirmək istədiyini açıqlayıb:
“Mən orda normal insanlarla çalışırdım və onlarla normal da ayrıldıq. İndi azad agent statusuna malikəm, artıq belə demək dəbdədir axı. Hələlik təklifləri gözləyirəm. Görək nə olur? Bundan sonra isə mənə oynamaq qalır. Öz ölkəmizin klublarındakı oyunumla Bolqarıstan yığmasının məşqçilərinin də diqqətini cəlb etmək istəyirəm”.

Qeyd edək ki, Enyo Azərbaycanda “İnter”lə yanaşı AZAL-ın da şərəfini qoruyub.