Şakira Bakıya hamilə gələcək - FOTO
14.06.2012 - 13:41
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final oyununda çıxış edəcək dünya şöhrətli müğənni Şakira ana olacaq. Apasport.az saytının məlumatına görə, kolumbiyalı gözəlçə hamiləliyinin ikinci ayını yaşayır.
O, bu xoş xəbəri sevgilisi, məşhur ispaniyalı futbolçu Herard Pikeyə də çatdırıb. Hazırda Avro-2012-də iştirak edən “Barselona”nın müdafiəçisi ata olacağını biləndən sonra əhval-ruhiyyəsi daha da yüksəlib. Bununla da onun ilk dəfə övlad sahibi olmaq imkanı yaranıb.
Şakira ilin sonunda uşağını dünyaya gətirəcək ki, həmin müddətə qədər qatılacağı idman tədbirləri çoxluq təşkil edir. Bunlardan biri də AFFA-nın dəvəti ilə Bakıya səfəridir.
Qeyd edək ki, Şakira ilə Pike 2010-cu ildən birgə yaşayırlar. Herard həmin ildə dünya çempionu olduqda onlar görüşməyə başlayıblar. Düzdür, sevgililər bir müddət ayrılsalar da, sonradan yenidən barışıblar.

0
0