“Təmənnasız veririk, gəlib götürsünlər” - MÜSAHİBƏ
14.06.2012 - 14:00
“Turan” klubunun prezidenti Yaşar İbrahimovun apasport.az saytına müsahibəsi
- “Turan”ın aqibəti necə olacaq? Bütün komandalar hazırlıq planlarını açıqlasa da, sizdən səs-soraq yoxdur.
- Mövsüm başa çatdıqdan sonra futbolçuları məzuniyyətə buraxmışıq. Amma klub fəaliyyətini dayandırmayıb. İyunun 20-dək hazırlığa başlayacağıq.
- Sponsor axtarışında olduğunuz deyilir. Bu istiqamətdə hansısa yenilik varmı?
- Bəyəm son 6 ildə “Turan”ın sponsoru olub ki? Komandanı rayon rəhbərliyinin köməyi sayəsində saxlayırıq. Bu problemi həll etmək üçün bir neçə iş adamına müraciət etmişik. Amma hələlik klubu himayəyə götürmək istəyən yoxdur.
- Belə çıxır ki, komandanı yenə rayon rəhbərliyi maliyyələşdirəcək?
- Nə etsə, onlar edəcək. Bu günə kimi komandanı onların dəstəyi hesabına saxlamışıq.
- “Azercell” şirkətinin komandanı himayəyə götürmək istədiyi barədə müxtəlif fikirlər yayılıb...
- Konkret bizə müraciət edən yoxdur Əksinə, özümüz başqalarına müraciət etmişik ki, gəlin, komandaya kömək edin. Bu günlərdə oxudum ki, “Azercell” “Qarabağ”ı almaq istəyir. Biz “Turan”ı təmənnasız veririk, gəlib götürsünlər. Təki klub fəaliyyət göstərsin.
- Dediniz ki, komanda iyunun 20-dək məşqlərə başlayacaq. Baş məşqçi məsələsinə aydınlıq gəlib?
- Baş məşqçi deyəndə, biz heç kimi komandadan çıxarmamışıq. Gərək komandanın sahibi olsun, o da müəyyənləşdirsin ki, kiminlə işləyəcək, heyətdə kimləri saxlayacaq. Ona görə də, hələ heç nə aydınlaşmayıb.
- Bu gedişlə komandanın aqibəti necə olacaq?
- Yeganə məqsədimiz Tovuzda futbolu ölməyə qoymamaqdır. Bu gün Premyer Liqa klublarının heyətlərinə diqqət yetirin. Əksəriyyətində “Turan”ın yetirməsi çıxış edir. Və ya bizim klubda formalaşıb, həmin komandalara yollanıblar. Əsas yığmada, eləcə də aşağı yaşlı millilərdə “Turan”ın yetirmələri kifayət qədərdir. Tovuzda istedadlı uşaqlar çoxdur. “Turan”ın yaşaması isə onlar üçün bir stimuldur. Hər biri futbolda ilk addımlarını atarkən, “Turan”da oynamaq eşqi ilə yaşayırlar. Təbii ki, bununla ölkə futboluna da xeyir verməyə çalışırıq. Bu gün iş adalarından kimlərsə klubumuzu himayəsinə götürsə, heç nə uduzmayacaqlar. Bunun özü də vətən qarşısında bir xidmətdir. Gənclər idmanla məşğul olur, sağlam nəsil yetişir, neçə-neçə istedadlı uşaqların it-bat olmasına imkan verilmir. İnanıram ki, “Turan”ı darda qoymayacaqlar və sponsor məsələsi birdəfəlik öz həllini tapacaq.

0
0