Katalin Doman: Gündüz yatar, gecə qaçar
14.06.2012 - 14:08
2011/12 mövsümü başa çatan kimi “Xəzər Lənkəran”dan ayrılan Katalin Doman özünə klub tapmaqda çətinlik çəkir. Apasport.az saytının məlumatına görə, 24 yaşlı rumıniyalı yarımmüdafiəçinin vətənində yeni kluba keçidi heç cür alınmır.
Domanın təklif olunduğu sonuncu klub isə Buxarestin “Dinamo”su olub. Lakin paytaxt təmsilçisi Katalini heyətinə götürməkdən imtina edib.
Buxarestlilər imtinanı onun rejimi ilə izah ediblər. Belə ki, “Dinamo” rəhbərliyi Katalinin gecələr gəzib, gündüzlər yatmasından narazı qalıb. Onların fikrincə, futbolçu vaxtının çoxunu Buxarest restoranlarında keçirir.
Həmyaşıdı və köhnə dostu, millinin “Styaua”dakı üzvü Kristian Tanase ilə yenidən birləşən Domanın bu hərəkətləri “Dinamo” rəhbərliyinin xoşuna gəlməyib.

0
0