Rəşad Sadiqov pley-off mərhələsindən dəm vurur
14.06.2012 - 14:16
Rəşad Sadiqov pley-off mərhələsindən dəm vurur
“Neftçi” mənim üçün doğma komandadır”. Apasport.az saytının məlumatına görə, bunu hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Neftçi”nin futbolçusu Rəşad Sadiqov deyib.

Mövsüm başa çatmamış “Qarabağ”ı “ağ-qaralar”a dəyişən yarımmüdafiəçi klubun saytına iştirak edəcəkləri Çempionlar Liqasında hədəflərindən danışıb: “Bu klubda 5 il oynadığımdan uyğunlaşmaq sarıdan heç bir problem yaşamadım. Həm də komanda daxilindəki yüksək əhval-ruhiyyə məşqlərə daha yaxşı köklənməyimizə kömək edir. Əsas məqsədimiz odur ki, Çempionlar Liqasının pley-off mərhələsində oynayaq”.