“Məni də hesabdan silmişdilər” – MÜSAHİBƏ
14.06.2012 - 17:00
“Məni də hesabdan silmişdilər” – MÜSAHİBƏ
Ukrayna millisinin baş məşqçisi Oleq Bloxin müsahibə verib. Apasport.az saytının məlumatına görə, 60 yaşlı mütəxəssis yığmasının açıq məşqindən sonra jurnalistlərin suallarını cavablandırıb.

- İsveç üzərində qələbədən sonra komandanızda eyforiya hiss olunur. Bu, Fransa ilə matçın hazırlığına təsir edir?
- İlk oyunda qalib gəlsək də, sonrakı 2 matçı uduzacağımız halda, bütün hər şey boşa gedəcək. Buna görə də heç bir eyforiya yoxdur.

- Ukrayna yığmasının futbolçuları hansı əhval-ruhiyyədədir? Düşərgədə hansı xəbərlər var?
- İsveçlə oyundan sonra komandanı bazaya apardım. Kiminsə bərpa prosesi, kiminsə işi vardı. Sonra futbolçuları buraxdım və səhər bazada yığışdıq. Tibbi müayinədən keçdik, futbolçuların vəziyyəti normaldır. Psixologiyaya gəlincə, İsveçlə oyunumuzun təhlili oldu. Bəzi kiçik problemlər var. Ancaq fikrimcə, Fransa ilə oyuna hamı hazır olacaq. Fransa və İngiltərə ilə görüşlər arasında Donetskdə qalacağıq.

- AVRO-2012-dən qabaq hamı Şevçenkonu hesabdan silmişdi. Bəs siz onun İsveçlə matçda hansı rol oynadığına nə qədər təəccübləndiniz?
- Məni də bir məşqçi kimi hesabdan silmişdilər. Bunda qorxulu bir şey yoxdur. İşimiz belədir. Şevçenkonu niyə hesabdan sildiklərini bilmirəm. Onu növbəti 2 oyunda necə istifadə edəcəyimizlə bağlı qərara gələcəyik. Başa düşməliyik ki, 3-4 gündən bir oynamalı olursan və özü də Donetskdə bizi 37 dərəcə isti gözləyir. Bu zaman necə lazımdır düşünmək lazımdır. Axı futbolçularımız İsveçlə matçda yetərincə kilometr qaçıblar.

- İsveçlə qarşılaşmadan sonra dediniz ki, komanda oyunun sonunda daha yaxşı işləməlidir. Bundan əlavə, Ukrayna yığmasının çıxışını nə yaxşılaşdırmalıdır?
- Dediklərimə baxmayaraq, ümumilikdə, komandamın oyunundan razı qaldım. Ancaq əlbəttə, elə şeylər var ki, onu yaxşılaşdırmalıyıq. Avropa çempionatında İsveçlə matçda olduğu kimi, çoxlu qol imkanları yaratmağa imkan verməyəcəklər. Buna görə də reallaşdırmanı yaxşılaşdırmalıyıq.

- Fransa ilə oyunda nəticəyə nail olmaq üçün qarşıya hansı vəzifə qoyulub?
- Əgər bu vəzifəni qarşıya qoymursansa, onda hansı vəzifəni qoymalısan?

- Fransa yığmasında daha çox kimdən çəkinirsiniz?
- Heç kimdən qorxmuruq. Fransa yığmasının oyunu ilə tanışıq və onu detallı təhlil edəcəyik. Hər şey komandamızın necə oynayacağından asılıdır.

- AVRO-1988-də SSRİ finala kimi irəlilədi və həmin vaxt onun heyətində Ukraynanın 10 nümayəndəsi vardı. İndi həmin uğuru təkrarlaya bilərsiniz?
- Əgər mənim yığmanı baza klubuna söykənərək qurmaq imkanım olsaydım, mütləq belə edərdim. Ancaq indi bu, mümkün deyil. Niyə də həmin uğuru təkrarlamayaq?

- Belə informasiya yayıldı ki, Andrey Şevçenko avtomobil qəzasına düşüb. Hər şey normaldır?
- Mən onu İsveçlə matçdan sonra buraxdım. Çünki həyat yoldaşı evə yollanırdı. Qəza haqda isə səhər – Andreyin özü mənə hər şeyi danışanda öyrəndim. Qorxulu heç bir şey baş vermədi, heç kim xəsarət almadı.

- Fransa ilə matçda heyətdə hansı dəyişikləri gözləmək olar?
- Heyəti istənilən halda açıqlamayacağam. Üstəlik, hələ özüm də bilmirəm.

- Çoxları Fransa və İngiltərəni qrupun favoriti sayırdı. Bu haqda nə deyə bilərsiniz?
- Qrupumuz heç də asan deyil. Baxarıq, İngiltərə və Fransa İsveçi necə yenəcək. Bu, möhkəm komandadır. İlk oyunu udmağımız hələ heç nə demək deyil. Fransa və İngiltərədən də xal almalıyıq. Blan b deyir ki, onun komandası qrupun autsayderidir. Yəqin ki, cənab məşqçi olduğunu demir, ağ edir. Fransızlar dünya futboluna rəng qatır.