“Baş məşqçimiz də bu problemin həlli ilə məşğuldur”
14.06.2012 - 18:14
“Baş məşqçimiz də bu problemin həlli ilə məşğuldur”
“AVRO-2012-yə qədər də də İspaniya yığması hücumçusuz oynayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının futbolçusu Xabi Alonso deyib.

Yarımmüdafiəçi AVRO-2012-də nominal hücumçu problemi ilə üzləşən yığması üçün bu çətinliyi ciddi saymır: “Bu strategiya əksər hallarda uğur gətirirdi. Belə taktikanın nəticə verməsi üçün oyunçular arası anlaşma avtomatik səviyyəyə qalxmalıdır. Visente del Boske də bu problemin həlli ilə məşğuldur. Məşqçimizin istənilən qərarı komandanın xeyrinədir”.