“Rəvan” Bosniya və Herseqovinadan daha 1 futbolçu aldı
14.06.2012 - 17:41
Bakının “Rəvan” klubu daha bir futbolçunu transfer edib. Apasport.az saytının məlumatına görə, bakılılar bu dəfə də sabiq Yuqoslaviya transfer bazarından oyunçu tapıb.
Bir neçə gün əvvəl Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunda oynayan argentinalı Xuan Vareanı heyətinə qatan “Rəvan” bu dəfə balkanlı legionerlə anlaşıb. Bu, 30 yaşlı yarımmüdafiəçi Boris Raspudiçdir.
Bosniya və herseqovinalı futbolçu “Rəvan”a qədər vətənində Banya-Lukanın “Borats” klubunda çıxış edib. Son 2 ili bu komandada oynayıb, 50 oyuna 1 qol vuran Raspudiç karyerası boyu vətənində çıxış etsə də 1 dəfə legioner həyatı da yaşayıb. O, 2008-10-cu illərdə İranda, Təbrizin “Petroçimi” klubunda çıxış edib.

0
0