Vidakoviçin dostu Bakıya nə vaxt gəlir?
14.06.2012 - 18:31
Bakının “Rəvan” klubunun yeni transferi Boris Raspudiçin karyerasını Azərbaycanda davam etdirməsi futbolçunun vətəni Bosniya və Herseqovinada da diqqətdən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi “Rəvan”ın hələ qışda transfer etdiyi Nemanya Vidakoviçin dostudur.
Serbiyalı ilə eyni klubda – “Borats”da oynamış bosniya serbi Raspudiçlə bakılılar arasında anlaşma da həmkarlarımızın marağına səbəb olub: “Tərəflər artıq müqavilənin bütün detallarını razılaşdırıblar. Yalnız rəsmi sənədin imzalanması qalıb. Lakin bunadək Raspudiç tibbi müayinədən keçməlidir. Yaxın günlərdə “Rəvan”ın düşərgəsinə yollanacaq yarımmüdafiəçi məhz bu müayinədən sonra rəsmən “Rəvan”ın üzvü olacaq”.

0
0